Avtomobilə sonradan quraşdırılan avadanlıq konstruksiya dəyişikliyi sayılır? ŞƏRH

Avtomobilə sonradan quraşdırılan avadanlıq konstruksiya dəyişikliyi sayılır? ŞƏRH
10:30

Bəzi avtomobillərə sonradan texniki avadanlıqlar quraşdırılır. Bu, konstruksiya dəyişikliyi sayılırmı?

Məsələ ilə bağlı News365.az-a nəqliyyat üzrə ekspert Fərhad Eyyubov münasibət bildirib.

O qeyd edib ki, avtomobil istehsalı zamanı quraşdırılmayan, sonradan əlavə edilən avadanlıqlar üçün Dövlət Yol Polisinə müraciət olunmalıdır. Müraciət zamanı həmin avadanlığın quraşdırılması üçün icazə alınmalı, həmçinin bu dəyişiklik texniki pasportda qeyd edilməlidir.

Ekspert əlavə edib ki, bəzi avtomobillərdə bir neçə konstruksiya dəyişikliyi aparıldığı halda, müvafiq komissiyaya müraciət edilməlidir. Komissiya müraciətə baxaraq təhlükəsizlik baxımından uyğunluğu qiymətləndirir və yalnız bundan sonra dəyişikliklərə icazə verə bilər.

Onun sözlərinə görə, müxtəlif avtomobillərin hissələrini hər nəqliyyat vasitəsinə quraşdırmaq mümkün deyil.

“Bu, təhlükəsizlik baxımından vacibdir. Komissiya buna uyğun rəy verir. Ola bilər ki, həmin ehtiyat hissələri təhlükəsizliyə maneə törətmir”, – deyə ekspert əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada