ABŞ ordusunda daha iki general istefaya göndərildi

ABŞ ordusunda daha iki general istefaya göndərildi
09:44

ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcun istefasından sonra daha iki yüksək rütbəli hərbçi təqaüdə çıxmağa məcbur olub.

News365.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, müharibə naziri Pit Heqset Ordu Transformasiya və Təlim Komandanlığının komandiri general Devid M. Hodne və Ordu Kapellanlarının ali rəisi Uilyam Qrini vəzifələrindən azad edib.

Xarici medianın yazdığına görə, Pit Heqsetin Pentaqona gəlişindən bəri - 2025-ci ilin yanvar ayından sonra 12 general vaxtından əvvəl təqaüdə çıxmağa məcbur edilib. Ən diqqət çəkən hallar arasında general Çarlz Q. Braun (Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri), admiral Liza Françettinin (dəniz əməliyyatları rəisi) və bir neçə qadın və afroamerikalı generalın işdən çıxarılması var.

Tənqidçilər bu hərəkətləri ordunu siyasiləşdirmək və Pentaqonda qorxu mühiti yaratmaq kimi təsvir ediblər. ABŞ ordusu hələlik tam rəsmi açıqlama verməyib, lakin daxili mənbələr yüksək rütbəli zabitlər arasında qəzəb və məyusluq olduğunu bildirirlər.


Sizin reklam burada
Sizin reklam burada