İrandan Gürcüstana üstüörtülü mesaj: “Bunun bədəli ağır olacaq”
Dünya
11:08
İrannin Gürcüstandakı səfiri Seyid Əli Mucani diqqətçəkən açıqlama ilə çıxış edib.
News365.az-ın məlumatına görə, diplomat sosial şəbəkə hesabında paylaşdığı mesajda region ölkələrinə yönəlik xəbərdarlıq edib. O bildirib ki, hər hansı dövlət öz hava məkanını və ərazisini xarici qüvvələrin müdaxiləsi üçün açarsa, bunun ciddi nəticələri ola bilər.
Səfir konkret olaraq hansı hadisəni nəzərdə tutduğunu açıqlamasa da, səsləndirilən fikirlərin ABŞ ilə bağlı mümkün proseslər fonunda qiymətləndirildiyi bildirilir.
Qeyd olunur ki, bu açıqlama son dövrlər regionda artan gərginlik şəraitində verilib və əsasən Gürcüstana ünvanlanmış dolayı mesaj kimi şərh edilir.