Ev heyvanları üçün telekanal yaradıldı

Ev heyvanları üçün telekanal yaradıldı
10:05

Çinin “Tencent” şirkəti xüsusi olaraq it və pişiklərlər üçün nəzərdə tutulmuş 24 saatlıq “Pet TV” telekanalını işə salıb. 

News365.az xəbər verir ki, bu barədə “Sixth Tone” nəşri məlumat yayıb.

“Televizora baxmaq ev heyvanlarında kortizol səviyyəsini və problemli davranışları azaldır, tək olduqları zaman özlərini daha sakit hiss etmələrinə kömək edir, həmçinin onlara daha xoşbəxt və uzun ömür bəxş edir”, - nəşr qeyd edib. 

Kanalın efirində yayımlanan bütün videolar kateqoriyalara bölünüb. Belə ki, relaksasiya kontenti narahat ev heyvanlarını sakitləşdirmək üçün vizual səhnələri yüngül musiqi fonunda təqdim edir, stimulyasiya kateqoriyası isə quyruqlu “tamaşaçı”ların darıxmasına imkan vermir və “zehni məşq” hesab olunur.

Quşların və balıqların hərəkətli təsvirləri ev pişiklərinə ov etməyə imkan verir, səma və çəmənliklərin əks olunduğu videolar isə onları sakitləşdirir. Bundan əlavə, kanal müxtəlif it cinslərı üçün videolar təklif edir.

Qeyd edək ki, telekanala abunəlik aylıq təxminən 3,6 dollardır.


Sizin reklam burada
Sizin reklam burada