Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-də Atlantik Şurada çıxış edərkən ölkəsinin müstəqillik və suverenlik səviyyəsini artırdığını bildirib. Bu barədə Rusiya mediası məlumat yayıb.
Siyasətçi qeyd edib ki, bu gün Ermənistan xarici siyasət sahəsində fəal işləyir, balanslaşdırma və tarazlıq siyasətinin həyata keçirilməsi davam edir ki, bütün bu proseslər də kifayət qədər səmərəlidir.
Paşinyanın sözlərinə görə, bütün çağırışlara baxmayaraq, Ermənistan müstəqillik və suverenlik səviyyəsini yüksəltməyə nail olub. Ermənistan getdikcə müstəqil ölkəyə çevrilir ki, bu da onun üçün yeni imkanlar açır. Lakin digər tərəfdən, bu situasiya yeni çağırışlar da gətirir.
Baş nazir Ermənistanın ABŞ-la strateji tərəfdaşlıq haqqında sənəd imzaladığını da xatırladıb. O, bunu çox mühüm qərar adlandırıb və qeyd edib ki, İrəvan Vaşinqtonla münasibətlərdə yeni səhifə açmağı gözləyir.
Tural