"Ermənistan eyni vaxtda Aİİ və Aİ üzvü ola bilməz"- Paşinyan

"Ermənistan eyni vaxtda Aİİ və Aİ üzvü ola bilməz"- Paşinyan
13 İyn 2025 17:58

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, respublika eyni zamanda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqının (Aİ) üzvü ola bilməz və hansısa məqamda seçim etməlidir.

News365.az Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bu barədə Praqada keçirilən “GLOBSEC 2025” forumunda bildirib.

"Əlbəttə, biz başa düşürük ki, eyni vaxtda həm Aİİ, həm də Aİ üzvü ola bilmərik. Aydındır ki, gələcəkdə hansısa məqamda qərar qəbul etməli olacağıq", - N.Paşinyan qeyd edib.

O əlavə edib ki, qərar qəbul etmək vaxtı gələndə hökumət bu məsələni Ermənistanın siyasi gündəliyinə daxil edəcək: "O zaman biz vətəndaşlarımızla birlikdə qərar qəbul edəcəyik".


Sizin reklam burada
Sizin reklam burada