"Azadlıq Radiosunun sorğusu — Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniya Prezidenti ilə mətbuatda bir neçə bəyanatı zamanı səsləndirdiyi fikrə cavab olaraq verilmiş açıqlamadadır."
Milli Məclisim deputatı Sahib Alıyev bunu News365.az-a açıqlamasında deyib.
"Yəni bunlar (Azadlıq Radiosu) durduq yerə öz təşəbbüsləri ilə çıxış etmirlər. Azadlıq Radiosunun əməkdaşları sadəcə qısa müddət ərzində sual verirlər, onlar (qarşı tərəf) da dərhal sualı cavablandırırlar və bu, çox nadir hallardandır ki, onlar ilk dəfə olaraq — çox könülsüz şəkildə də olsa — etiraf ediblər ki, 2024-cü ilin əvvəllərinə qədər mübarizə aparıblar, istəyiblər ki, o uydurma qurum artıq harada lazımdırsa, göndərilən sənəddə yer alsın. Qarabağ ermənilərinin hüquqi və cinayət məsuliyyəti məsələsi həmin sənəddə yer alsın.
İndi isə həmin məsələnin sənəddə yer almamasının, proseslərin Azərbaycanın istədiyi istiqamətdə getməsinin məsuliyyətini rəsmi İrəvan, indiyə qədər davam etdirdiyi üsluba uyğun olaraq, Şahramanyanın — oradakı o qondarma rejimin “prezidenti”nin — üzərinə atır. Guya elə bir fərman imzalayıb və həmin fərmanın imzalanması ilə onların əlləri-qolları bağlanıb."