Əraqçi Ən-Nəhyanla danışdı

Əraqçi Ən-Nəhyanla danışdı
20:40

BƏƏ xarici işlər naziri Abdullah bin Zayed ən-Nəhyanla İran xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

News365.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması fonunda regiondakı hadisələri müzakirə ediblər.

Qeyd edək ki, nazirlər münaqişənin başlanğıcından bəri ilk dəfədir ki, görüşürlər.


Sizin reklam burada
Sizin reklam burada