Elnarə Abdullayeva gündəlik xərclərin artması və cəmiyyətin maddi çətinlikləri ilə bağlı maraqlı fikirlər səsləndirib. O, öz qazancını böyük zəhmət bahasına əldə etdiyini bildirərək, bu pullardan səmərəli istifadə etməyə çalışdığını vurğulayıb:
" Mən o pulu yerdən qazanmamışam. O pulu zülümlə qazanmışam və o zülümlə qazandığım puldan səmərəli istifadə etməliyəm. İnsan əlinə 5 manat keçəndə qudurmaz."
O, eyni zamanda, maddi imkanları daha geniş olan insanlarla müqayisədə öz xərclərinə daha ehtiyatlı yanaşdığını deyib:
"Elə insanlar var ki, bir çantaya 20-30 min pul verirlər. Mən bunu edə bilərəmmi? Yox, mən bunu edə bilmərəm. Ona görə insan hər şeyi düzgün qiymətləndirməlidir."
Sənətçi, həyatını və sənətini davam etdirmək üçün səsini qorumağın onun üçün nə qədər vacib olduğunu da qeyd edib