Əli Əsədov Türkiyə səfiri ilə bu məsələləri müzakirə etdi

Əli Əsədov Türkiyə səfiri ilə bu məsələləri müzakirə etdi
17 Mar 2025 20:30

Azərbaycan Baş naziri Əli Əsədov Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.


Bu barədə news365.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.


Baş nazir Ə.Əsədov B.Akgünü Azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.


Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dövlət başçılarının birgə səyləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatması məmnunluqla vurğulanıb.


İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub


Sizin reklam burada
Sizin reklam burada