Elektromobillər yaxşıdır, yoxsa pis? – MÜHÜM AÇIQLAMA

Elektromobillər yaxşıdır, yoxsa pis? – MÜHÜM AÇIQLAMA
07 Yan 2025 09:37

Son zamanlar ölkəmizdə elektromobillərə maraq artıb. Bu hesaba da ölkəmizə idxal edilən avtomobillərin faizində hibrid və elektiklə işləyən maşınların payı durmadan artır.

Bununla belə elektromobillər barədə müxtəlif miflər var. Guya ki, bu maşınlarında ətraf mühitə yan təsirləri olur.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Yasin Mustafanın fikirlərini öyrəndik. News365.az--a açıqlamasında o bildirdi ki, elektromobillər haqında bütün dünyada və ölkəmizdə müxtəlif miflər dolaşır ki, bu tərəfi yaxşıdır, bu tərəfi pisdir:

“Buna normal yanaşmaq lazımdır. Çünki, biz elektromobillərə keçid dövrünü yaşayırıq. Keçid dövrü də heç zaman asan olmur. Prosesin gedişində ortaya müxtəlif əngəllər çıxır. Amma unutmamalıyıq ki, bu sistemə keçid hesabın ətraf mühitin sağlamlaşdırılmasına çox böyük töhfə vermiş olacağıq. Çünki, avtomobillərin atmosferə buraxdığı zəhərli qazların miqdarı həddən artıq çoxdur. Bu məsələnin birinci tərəfi. Məsələnin ikinci tərəfi odur ki, elektromobillər iqtisadi cəhətdən çox səmərəlidir. Bu maşinlar daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə 70-80 faiz qənaətcildir. Bir var ki, bir yerə gedərkən 10 manatlıq yanacaq sərf edəsən, bir də var 2 manat xərcləyəsən. Görün nə böyüklükdə fərq var. Üçüncü səbəbsə odur ki, elektromobillər təhlükəsizdir və kamfortludur. Bir sözlə elektromobillər həm ictimai əhəmiyyətinə, həm də fərdi keyfiyyətinə görə çox faydalıdır”.

Müsahibimiz bütün bu müsbət keyfiyyətləri ilə yanaşı elektromobillərin müəyyən fəsadları olduğunu da bildirib:

“Bu avtomobillərin akkumlyatorlarının utilizasiyası vacib məsələdir. Amma bu gün hələlik problem yoxdur. Çünki, istehsalçı deyir ki, 10 ildən sonra maşının elektrik tutumu 15 faiz azalacaq. Bu da o demək deyil ki, o zaman akkumlyatoru dəyişməlisən. Akkumlyatorun dəyişdirilməsi hələ illər çəkəcək. Ona qədər də akkumlyatorların utilizasiyası məsələsi öz həllini tapacaq. Ona görə də yersiz narahatlığa əsas yoxdur”.

News365.az


Youtube kanalımız