Elçin Əmirbəyov Braziliyada mühüm görüşlər KEÇİRDİ - FOTOLAR

Elçin Əmirbəyov Braziliyada mühüm görüşlər KEÇİRDİ - FOTOLAR
10:11

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Braziliyaya işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri vəzifəsini icra edən Maria Laura da Roşa və Braziliya prezidentinin xarici siyasət üzrə baş müşaviri Selso Amorim ilə görüşləri baş tutub.

News365.az xəbər verir ki, danışıqlar zamanı Azərbaycan-Braziliya ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sahəsində qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı vəziyyətinə toxunan Elçin Əmirbəyov, tərəflərin sülh sazişi layihəsi üzrə danışıqları başa vurduğunu müsbət qiymətləndirib. Eyni zamanda, Ermənistan tərəfindən uzunmüddətli sülhə çatmaq yolunda qalan ciddi maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb, xüsusilə də Ermənistan Konstitusiyasından Azərbaycanə qarşı ərazi iddialarının çıxarılmasının zəruriliyini qeyd edib.

Elçin Əmirbəyov həmçinin Braziliya diplomatik akademiyasının - Rio Branco İnstitutunun rəhbərliyi ilə görüşüb və orada tələbələr qarşısında çıxış edib, həmçinin yerli TV Brazil telekanalına müsahibə verib.

Prezidentin nümayəndəsinin Braziliyadakı səfəri davam edir.




Sizin reklam burada
Sizin reklam burada