Egey dənizində 3,5 bal gücündə zəlzələ olub.
News365.az-ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla bu gün, saat 13:02-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5 bal gücündə olub. AFAD-ın açıqlamasına əsasən, yeraltı təkanların ocağı 24 kilometr dərinlikdə yerləşib.
Hazırda təbii fəlakət nəticəsində hər hansı dağıntı və ya xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.