Britaniyadan olan bir qadın COVID-19-un yaratdığı yan təsir səbəbindən iki ildir ki, yemək yemir. Bu barədə "Mirror" yazıb.
Qeyd edilib ki, Esseksdən olan Ces Karlson adlı qadın 2023-cü ilin may ayında koronavirusa yoluxubmuş. O, həmin vaxt əri ilə Sinqapurda yaşayırmış: "Onun vəziyyəti kəskin şəkildə pisləşdiyi üçün qadın süni komaya salınıb və süni nəfəs aparatına qoşulub. Ağır vəziyyətdən çıxandan sonra məlum olub ki, britaniyalının mədəsi normal fəaliyyətini dayandırıb – hər yemək ağrılı qusmağa səbəb olur".
Böyük Britaniyaya qayıdan Jes yeni bir problemlə üzləşib - ona diaqnoz qoyulmayıb.
"Həkimlər 2024-cü ilin mayında mədə ilə bağlı test aparana qədər uzun müddət onun belə ağır vəziyyətinin səbəbini müəyyən edə bilməyiblər. Nəticələr qastroparezi adlı xəstəliyi- mədə əzələlərinin qidanın həzminə tab gətirə bilməməsini təsdiqləyib. Mütəxəssislərin fikrincə, bu xəstəlik 100 min nəfərdən yalnız 14-də baş verir və bu kimi ağır hallar olduqca nadirdir",- məqalədə yazılıb.
Tural