Dünya elminə ağır itki üz verib

Dünya elminə ağır itki üz verib
05 İyn 2025 13:20

İstilik energetikası sahəsində aparıcı alimlərdən sayılan Rusiya Elmlər Akademiyasının akademiki Eduard Volkov 86 yaşında vəfat edib.Bu barədə xarici KİV Rusiya Elmlər Akademiyasına istinadən məlumat yayıb.


"Təəssüf ki, Eduard Petroviç Volkov vəfat etdi. Bu, Rusiya və dünya elmi üçün ciddi itkidir", - Rusiya Elmlər Akademiyasının nümayəndəsi bildirib.

Akademikin ölüm səbəbi açıqlanmır. Yalnız o məlumdur ki, məşhur elm xadimi doğum gününə bir ay qalmış dünyasını dəyişib. İyulun 18-də onun 87 yaşı tamam olacaqdı.

Açıq mənbələrə görə, Volkov SSRİ-də atmosfer qazının çirklənməsinin monitorinqi üçün ilk avtomatlaşdırılmış sistemi yaratmışdır.

Volkov bitumlu şistin pirolizi üçün yeni prosesləri tədqiq etmişdi. Onun iştirakı ilə gündə yüzlərlə ton şist emal edən eksperimental qurğu işə salınıb.

O, texnika elmləri doktoru, "Qlobal enerji" Beynəlxalq Enerji Mükafatının laureatı idi. Onun tələbələri arasında 5 elmlər doktoru və 15 elmlər namizədi var.

Tural


Sizin reklam burada
Sizin reklam burada