Yəmənin paytaxtı Sənanın beynəlxalq hava limanı İsrail ordusunun zərbələrindən sonra fəaliyyətini dayandırıb.
News365.az xəbər verir ki, bu barədə məlumatı hava limanının direktoru Xaled aş-Şayef “X” hesabında paylaşıb.
Onun sözlərinə görə, aeroport növbəti göstərişə qədər bütün reyslərin qəbulunu və yola salınmasını dayandırıb.
Xatırladaq ki, İsrail ordusu mayın 6-da Yəmənə genişmiqyaslı zərbələr endirib. Zərbələrin əsas hədəfi Səna aeroportu olub. Nəticədə hava limanının əsas sərnişin terminalı və bütün texniki məkanlar dağıdılıb, ərazidə olan bir neçə mülki təyyarə isə yanıb.