“Dom-2”nin ulduzu ssenari üzərində işləyərkən öldürülüb

“Dom-2”nin ulduzu ssenari üzərində işləyərkən öldürülüb
19 Apr 2025 14:20

“Dom-2”nin keçmiş iştirakçısı Dmitri Lukin “Scastlivı vmeste” serialının yeni mövsümünün ssenarisi üzərində işləyərkən öldürülüb. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.


Lukinin qətli işində ittiham olunan Stanislav Berestovoy keçmiş realiti-şounun iştirakçısına aprelin 13-də şənlik keçirmək üçünqonaq gəlib. Onun sözlərinə görə Dmitri ilə araq içib və "Scastlivıe vmeste" filminin yenidən ekranlara qayıtması üzərində birgə işləməyi müzakirə ediblər.

Berestovoyun sözlərinə görə, Lukin özünü aqressiv aparıb və telefonda sevgilisini söyüb. "Dom-2"nin keçmiş ulduzu dostundan ona 50 min rubl borc verməsini xahiş etsə də, o, imtina edib. Kişinin sözlərinə görə, bundan sonra dostu ona yumruqla hücum edib. Sonra isə mərhum bıçağı götürüb. Bundan sonra dostlar bir-birlərinə bıçaqla xəsarət yetiriblər və mebelləri dağıtmağa başlayıblar.

Tural


Sizin reklam burada
Sizin reklam burada