İraqın dini-siyasi liderlərindən olan Muqtəda əl Sadr çox kəmhövsələ adamdır. Hətta Səddam Hüseyni edam edəndə kəlimeyi - şəhadətini bitirməmiş kəndiri çəkdirmişdi. İndi də çıxışa başlarkən azarkeşlərinin alqışlamasından əsəbləşib tribunanı tərk etdi və dərhal da hirsi soyuyub geri döndü. Yaxşı ki, müctəhid deyil, yoxsa hirslənib tez-tez fətva verər, sonra da o fətvadan udul edərdi...