Sahibkar Mahirə Əsədova sentyabrın 28-də saat 16:00-da TV 365-ın qonağı olacaq.
Verilişdə sahibkarın 27 illik zəhmətinin bəhrəsi olduğunu bildirdiyi şirkətlə bağlı yaşadığı problem müzakirə ediləcək.
Mahirə Əsədovanın sözlərinə görə, şirkəti cəzaçəkmə müəssisəsində olarkən təzyiq və hədə-qorxu yolu ilə onun əlindən alınıb və 300 min manata başqa şəxsin adına keçirilib.
Sahibkar iddia edir ki, bazar dəyəri 20-21 milyon manat olduğu bildirilən bir şirkətin cəmi 300 min manata alqı-satqı predmeti olması ciddi suallar doğurur.
O, proses zamanı payının və mülkiyyət hüquqlarının kobud şəkildə pozulduğunu, baş verənlər barədə isə tamamilə xəbərsiz saxlanıldığını bildirir.
Mahirə Əsədova bütün bu məsələlərə sentyabrın 28-də saat 16:00-da TV 365-in canlı efirində aydınlıq gətirəcək.