Təlimdə bədbəxt hadisə: 4 əsgər yaralandı

Təlimdə bədbəxt hadisə: 4 əsgər yaralandı
20:40

Latviyada keçirilən hərbi təlimlər zamanı bədbəxt hadisə qeydə alınıb.

News365.az xəbər verir ki, İtaliya Ordusuna məxsus "Dardo" piyada döyüş maşınının heyəti naviqasiya və ya təyinat xətası səbəbindən səhvən içərisində əsgərlər olan eyni tipli digər bir döyüş maşınını hədəf alıb. Sürətli atəş açan topdan açılan atəş nəticəsində dörd italyan hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı hərbçilərə dərhal yerində tibbi yardım göstərilib və onlar xəstəxanaya təxliyə olunublar. Hadisənin təfərrüatlarının və başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün hərbi komandanlıq tərəfindən tərəfindən araşdırmalara başlanılıb. 


Sizin reklam burada
Sizin reklam burada