Dini bayramda mal əti yedi, qarayaradan öldü

Dini bayramda mal əti yedi, qarayaradan öldü
02 May 2025 23:20

Tailandın şimal-şərqindəki Mukdahan əyalətində 53 yaşlı kişi dini bayramda mal əti yedikdən sonra Sibir xorasından (qarayara - bakteriya tərəfindən törədilən kəskin zoonoz yoluxucu xəstəlikdir. Xəstəliyi törədən çöplər həm xəstə heyvanın, həm də ona baxan şəxsin ölümünə səbəb olur. İnsanda dəri, ağciyər, bağırsaq və septik formaları olur - red.) ölüb.

"Nation" nəşrinin xəbərinə görə, bu barədə Tailandın Xəstəliklərə Nəzarət Departamentindən məlumat verilib.

Məlumata görə, xəstənin sağ qolunda yara və sağ qoltuğunun altında limfa düyünlərinin şişməsi aşkar edilib.

"İlkin diaqnoz septik şok olduğunu göstərib, Tibb Elmləri Departamentinin laboratoriya müayinələri isə Sibir yarasını törədən "Bacillus anthracis" bakteriyasının mövcudluğunu təsdiqləyib", - deyə departament nümayəndəsi bildirib.

Həmçinin tibb işçiləri tərəfindən eyni əyalətdə daha bir Sibir xorasına yoluxma halı qeydə alınıb və bu, mayın 2-də təsdiqlənib.


Sizin reklam burada
Sizin reklam burada