DİN: Sabunçuda xəstələrin qaçması ilə bağlı məlumatlar yalandır

DİN: Sabunçuda xəstələrin qaçması ilə bağlı məlumatlar yalandır
15:58

Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar təkzib edilib.

Azərbaycan Daxili İşlər Nazirliyi-nin Mətbuat Xidmətindən News365.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya xarakteri daşıyır.

Qurumdan qeyd olunub ki, ictimaiyyəti çaşdırmağa yönəlmiş bu cür məlumatlara inanılmamalı və yalnız rəsmi mənbələrə istinad edilməlidir.


Sizin reklam burada
Sizin reklam burada