"Dimdik durmağımda 3-cü həyat yoldaşımın əməyi böyükdür"

"Dimdik durmağımda 3-cü həyat yoldaşımın əməyi böyükdür"
11:23

"Mən 3 dəfə ailə həyatı qurmuşam. İndiki həyat yoldaşım Türkiyə vətəndaşıdır. Onun mənim üzərimdə çox böyük əməyi var. Bu gün dimdik durmağımın əsas səbəbkarı odur".

Bunları xalq artisti Ağadadaş Ağayev deyib. Sənətçi bildirib ki, digər evliliklərindən 5 övladı var. Son evlilikdən birgə övladları olmasa da, 3-cü həyat yoldaşının qızını da öz övladı sayır. Ağadadaş Ağayev ailə həyatında xoşbəxtlikdən də söz açıb:


"Xoşbəxtlik məfhumunu mən qəbul etmirəm. Lakin sonuncu evliliyim mənə çox şeylər qazandırıb. Həyat yoldaşım Azərbaycan mühitinə çox rahat öyrəşdi. Bir vaxtlar restoranımın idarə edilməsini ona tapşırmışdım. Bu işin öhtəsindən çox yaxşı gəlirdi. Çətin günlərimdə həmişə mənim yanımda olub. Təəssüf ki, xəstəlik... Elə bir xəstəliyə tutulub ki, tibbdə nadir görülən hadisədir. Hər 4 aydan bir əməliyyat edilir. Çox riskli olduğu üçün sonuncu əməliyyatı etməkdən imtina etdlər. İndi Türkiyədə müalicə alır. Allah ona şəfa versin. Onunla yaşadığım illərdən çox razıyam. Birgə övladımız olmasa da mən onun da qızını öz övladım sayıram. Hazırda universitetdə oxuyur, xərclərini mən ödəyirəm".


Sizin reklam burada
Sizin reklam burada