Dilim quruyardı onu Qroznıya yanıma çağıran yerdə- VİDEO

Dilim quruyardı onu Qroznıya yanıma çağıran yerdə- VİDEO
29 Dek 2024 21:59

Yeni ili qızının yanında keçirmək üçün çox həvəsli idi. Axı onu qızı çağırırdı. Ancaq arzuları elə göylərdə puç oldu Leyla Bayramovanın. Məlum təyyarə qəzasında dünyasını dəyişən sərnişinlər sırasında onunda adı var. 61 yaşlı Leyla Bayramova…

 

Qızı Günel Hüseynova müsahibəsində bildirib ki, kaş dilim quruyardı onu Qroznuya çağırdığım yerdə. Hər dəqiqə ona qovuşağcağımı gözləyirdim. Mənim yanıma gəlirdi. O qədər arzularımız var idi ki. Eşidəndə ki, anamın olduğu təyyarə qəza edib dünyam qaraldı. Mən onsuz necə yaşayacam deyir mərhumun qızı.

  

Qeyd edək ki, AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 61 yaşlı Leyla Bayramovanın nəşi Sumqayıt şəhərinə gətirilib. Vida mərasimində Sumqayıt şəhər rəhbərliyi , mərhumun ailə üzvləri və yüzlərlə sakin iştirak edib.

Mərhum daha sonra Abşeron rayonun Mehdiabad qəsbiristanlığında torpağa tapşırılıb.



Youtube kanalımız