Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da hava şəraitinin
dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən News365.az-a
verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək.
Havanın
temperaturu gecə 14-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi
normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz
45-55 % olacaq.
Azərbaycanın
rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə
arabir duman olacaq. Mülayim şərq küləyi əsasən şərq rayonlarında arabir güclənəcək.
Havanın
temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti,
gündüz 13-18° isti olacaq.