DEM Partiyasının Qrup Başqan müavini Gülistan Kılıç Koçyiğit, Məclis Qrup Toplantısında çıxış edərək bildirib ki, Diyarbakırdan və Kürdüstanın digər bölgələrindən azadlıq, bərabərlik, demokratiya və Öcalan’ın azadlığı uğrunda yürüyən qadınlar toplantıya qatılıb.
News365.az xəbər verir ki, bu açıqlamadan sonra iştirakçılar “Biji Serok Apo” şüarları səsləndiriblər.
DEM Partiyasının Həmbaşçısı Tülay Hatimoğulları çıxışında bildirib ki, Barış Komissiyası vaxt itirmədən Öcalan’ı dinləməlidir:
“Cəmiyyət artıq konkret addımlar gözləyir. Öcalan’ın ümid hüququ tanınmalı və komissiya onunla görüşərək demokratik həll yoluna töhfə verməlidir”.
Hatimoğulları həmçinin Kobani işi üzrə Figen Yüksəkdağ, Selahattin Demirtaş və digər təqsirlilərin dərhal azad edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, AİHM artıq Demirtaşın azad edilməsi ilə bağlı qərar verib və bu qərarın 8 oktyabrda yekunlaşması gözlənilir.
Toplantıya qatılan qadınlar 1 oktyabr tarixində Diyarbakırdan Ankara’ya “Ümidlə Azadlığa Yürüyürük” yürüşünü təşkil ediblər. Yürüşdə və toplantıda əsas tələblər arasında Öcalan üçün ümid hüququnun tətbiqi və komissiyanın onunla görüşməsi olub.
News365.az