ABŞ-nin paytaxtı Vaşinqtondakı Reyqan hava limanı ən azı cümə günü, yanvarın 31-i səhərə qədər bağlı olacaq. Bu barədə CNN Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat yayıb.
Departamentin məlumatına görə, digər reyslərin qəbulu və yola salınması ilə bağlı məhdudiyyətlər yanvarın 31-i yerli vaxtla saat 05:00-dək qüvvədə olacaq.
Qeyd edək ki, PSA Airlines tərəfindən American Airlines üçün 5342 saylı uçuşu həyata keçirən Bombardier CRJ700 təyyarəsi Vaşinqtonun Reyqan Beynəlxalq Hava Limanında 33-cü uçuş-enmə zolağına yaxınlaşarkən qəzaya uğrayıb. O, havada Sikorsky H-60 helikopteri ilə toqquşub. Təyyarə Kanzas ştatının Viçita şəhərindən havaya qalxıb.
American Airlines bildirib ki, Kanzasdan uçan təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterin göyərtəsində ən azı üç hərbçi olub. Helikopter təlim uçuşunda idi.
Tural