Moskvadan Türkiyəyə gəlmiş turist otelin estakadasından atılarkən komaya düşüb. Həkimlər 29 yaşlı kişini bahalı müalicə ilə təmin etməyi planlaşdırırlar. Lakin Rusiya Baş Konsulluğu turistin yaşadığı ölkəyə təxliyəsi məsələsini qaldırıb. Bu barədə yerli media Rusiya baş konsulluğuna istinadən məlumat yayıb.
SHOT Telegram kanalının yaydığı məlumata görə isə, kişi estakadadan tullandığı üçün deyil, suyun dərinliyinin dayaz olmasına görə zədə alıb.
"O, zərbə nəticəsində ciddi xəsarət alıb. Artıq türkiyəli həkimlər rusiyalının üzərində bir əməliyyat keçiriblər və ikinci müdaxilə də planlaşdırılır. İlkin hesablamalara görə, müalicə 20 min dollara (təxminən 1,6 milyon rubl) başa gələcək".
Telekanalın məlumatına görə, səyahət agentliyi və otel ailəyə ödənişlə bağlı kömək etmək fikrində deyil. Maraqlıdır ki, sığorta şirkəti də təzminat ödəyə bilməyib.
Tural