Daşkənddə maraqlı anlar: Özbəkistanlı tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı

Daşkənddə maraqlı anlar: Özbəkistanlı tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı
20:11

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində olublar.

Səfər zamanı Şavkat Mirziyoyev universitetdə tələbələr üçün yaradılan şəraitlə maraqlanıb və onlardan təhsil mühitindən razı qalıb-qalmadıqlarını soruşub. Tələbələr isə yaradılmış imkanlardan məmnun olduqlarını bildiriblər.

İlham Əliyev çıxışı zamanı Özbəkistan tərəfinə təşəkkür edərək, bu ölkənin təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşa edilməsini, eləcə də Nizami Gəncəvinin xatirəsinə Özbəkistanda göstərilən yüksək ehtiramı xüsusi vurğulayıb.

Universitet tələbələrindən biri Azərbaycan Prezidentini Azərbaycan dilində salamlayıb, daha sonra öz qələmə aldığı şeirləri səsləndirib.

Sonda tələbə hər iki dövlət başçısına kitab hədiyyə edib, İlham Əliyev və Şavkat Mirziyoyev isə tələbələrlə birlikdə xatirə şəkli çəkdiriblər.


Sizin reklam burada
Sizin reklam burada