"Çukur" serialının pərəstişkarlarına müjdə: YENİDƏN...

"Çukur" serialının pərəstişkarlarına müjdə: YENİDƏN...
15:58

Türkiyənin məşhur serialı "Çukur"un filmi çəkiləcək.

News365.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə televiziyasının ən uğurlu layihələrindən biri olan "Çukur" serialı film versiyası ilə yenidən izləyicilərin qarşısına çıxacaq.

Bir dövrə damğa vuran və böyük izləyici kütləsi qazanan "Çukur" serialının film layihəsi illər öncə planlaşdırılsa da, sonradan təxirə salınmışdı. İndi isə Ay Yapım şirkəti filmi yenidən gündəmə gətirib və Prime Video platforması ilə razılaşma əldə edib.

Filmin bu yay çəkilişlərinə başlanılması planlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada