Çinin müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırıldı

Çinin müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırıldı
08 Apr 2025 20:45

Çinin Ukraynadakı müvəqqəti işlər vəkili ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.


News365.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində yazıb.


"Biz Çinin Ukraynadakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırdıq", - o bildirib.


Nazirin sözlərinə görə, bu, Çin vətəndaşlarının Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda ehtimal olunan iştirakı ilə bağlıdır.


Sizin reklam burada
Sizin reklam burada