Çində masaj salonunda yanğın baş verib, altı nəfər ölüb

Çində masaj salonunda yanğın baş verib, altı nəfər ölüb
15:52

Çinin mərkəzi hissəsində yerləşən Henan əyalətində baş verən yanğın nəticəsində altı nəfər ölüb.

Hadisə mayın 2-də səhər saatlarında Linbao şəhərində yerləşən ayaq masajı salonunda baş verib.

Məlumata görə, alov sürətlə yayılaraq güclü tüstülənməyə səbəb olub, nəticədə altı nəfər məkanın içərisində qalıb.

Yanğınsöndürənlər zərərçəkənləri operativ şəkildə təxliyə edərək tibb müəssisəsinə çatdırıblar, lakin onları xilas etmək mümkün olmayıb. Salonda olan daha beş nəfər isə xilas edilib.

Yanğının səbəbləri hələ ki müəyyən edilməyib.


Sizin reklam burada
Sizin reklam burada