Cinayətkarı "qəhrəman"laşdıran xalq -Qafanda Vazgen qalmaqalı yaşanır

Cinayətkarı "qəhrəman"laşdıran xalq -Qafanda Vazgen qalmaqalı yaşanır
06 May 2025 10:00

Erməni xalqı hələ də hərbi cinayətkarların “qəhrəman”laşdırılması kimi xroniki xəstəlikdən əziyyət çəkir. Hərbi canilərlə bağlı hər hansı hörmətsizlik isə erməni cəmiyyətində geniş narazılığa səbəb olur.

Buna misal olaraq Birinci Qarabağ müharibəsində Azərbaycan xalqına qarşı vəhşiliklər törətmiş quldurlardan biri olan siyasətçi və keçmiş müdafiə naziri Vazgen Sarkisyana dair yeni qalmaqalı göstərmək olar. Vazgen Sarkisyanın qardaşı qızı Nona Sarkisyan özünün Facebook səhifəsində paylaşım edərək yazıb ki, bəzi məmurlar əmisinin xatirəsinə hörmətsiz yanaşırlar. Onun sözlərinə görə, Qafan meriyası yeni layihəyə əngəllər yaradırlar. Söhbət "Vazgen. Sonuncu Sparapet" layihəsindən gedir. Meriya filmin nümayişi ilə bağlı şəraitin yaradılmasına dair təklifləri qəbul etməyib. Məmurlar hərbi caninin filminin nümayişi üçün mədəniyyət mərkəzinin binasını bələdiyyə işçiləri ilə ilkin razılıq əsasında ödənişli əsaslarla onlara verilməsini təklif ediblər. 

"Əziz qafanlılar mən bu hadisəyə görə təəssüf edirəm. Həm də ona görə təəssüf edirəm ki, ölkəmizdə belə "dəyərlərə" malik insanlar var... Təəssüflə bildiririk ki, Qafanda heç bir film nümayişi olmayacaq", - o qeyd edib.

Xatırladaq ki, müharibə dövründə bir sıra hərbi cinayətlər törətmiş bu "qəhrəman"ı 1997–1998-ci illərdə hərbi canilər Robert Koçaryan – Serj Sarkisyan cütlüyü ilə birləşdirən başqa bir dəyər də olub ki, o da var-dövlət toplamaq, işğaldakı əraziləri talamaqdır. Sonda bir quldur digər qulduru aradan götürdü - 1999-cu ilin oktyabrın 27-də parlament terroru nəticəsində  Vazgen Sarkisyan və Karen Demirçyan öldürüldü. Bu əməliyyatda Robert Koçaryanın əli olduğu iddia edilir. Çünki bundan sonra onun "Qarabağ klanı"nın uzunmddətli hakimiyyət əl-qolu açıldı, ən ciddi siyasi rəqiblər sıradan çıxdı. 

Tural


Sizin reklam burada
Sizin reklam burada