"Çin bu il Azərbaycanda keçiriləcək üç beynəlxalq tədbirdə iştirak edəcək".
News365 xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey brifinqdə çıxışı zamanı deyib.
O diqqətə çatdırıb ki, bu il Azərbaycan BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının illik toplantısına, 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitinə ev sahibliyi edəcək.
"Çin tərəfi də bu tədbirlərdə fəal iştirak edəcək", - deyə səfir bildirib.