CHP-nin İmralı qərarı Bəlli Oldu! İclası Tərk etdilər…

CHP-nin İmralı qərarı Bəlli Oldu! İclası Tərk etdilər…
16:51

Türkiyədə CHP, hökumətin “Terrorçusuz Türkiyə” adı verdiyi proses çərçivəsində TBMM-də yaradılan komissiyanın İmralı’ya edəcəyi ziyarətə qatılmayacağını açıqlayıb.

News365.az xəbər verir ki, CHP Qrup Başkanvekili Murat Emir, partiyanın nümayəndə göndərməyəcəyini bildirib və toplantının qapalı keçirilməsi səbəbindən iclası tərk edib.

Emir bildirib ki, belə mürəkkəb məsələlər açıq, şəffaf və xalqın gözü önündə müzakirə olunmalıdır. O, İmralı’ya ziyarət üçün beş nəfərlik heyət mütləq səsvermə ilə müəyyən edilməli olduğunu, texnoloji imkanlardan istifadə edərək daha şəffaf bir prosesin həyata keçirilə biləcəyini vurğulayıb.

DEM Partiyası isə CHP-nin qərarına etiraz edib. DEM Qrup Başkanvekili Gülistan Kılıç Koçyiğit, məsələnin həllinə töhfə verməyin vacib olduğunu qeyd edib.

CHP, tarix boyu Kürt məsələsinin həllini dəstəklədiyini və bundan sonra da kararlı mövqedə olacağını açıqlayıb. Komissiyanın qapalı iclas keçirilməsi üçün AKP, MHP, DEM və Yeni Yol razılıq verib, CHP, EMEP, TİP, DSP və DP isə etiraz səsi verib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada