Cəlilabad rayonunda ölümlə nəticələnən qəza baş verib

Cəlilabad rayonunda ölümlə nəticələnən qəza baş verib
21 İyn 2025 21:45

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.


News365.az xəbər verir ki,  hadisə Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı minik avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub. 

Qəza nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsində sərnişin qismində olan Göytəpə şəhər sakini, 1957-ci il təvəllüdlü Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada