Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb.
News365.az-a bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri tibbi xidmətlər göstərilib.
Hazırda hər iki pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.