Ukrayna lideri Vladimir Zelenski Rusiyaya qarşı “dron əməliyyatlarının” sayının 500-ə çatdırılmasını tələb edir.Bu barədə Bloomberg məlumat yayıb.
“Zelenski Ukrayna hərbi pilotsuz uçan aparatlarının arsenalını artırmağın və Rusiyaya qarşı həyata keçirilən pilotsuz təyyarə əməliyyatlarının sayını gündə 100-dən 300-500-ə çatdırmağın vacibliyini vurğulayıb”, - nəşr yazıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.