Bu tarixdə çox şey dəyişəcək

Bu tarixdə çox şey dəyişəcək
09:23

“2 mart saat 12:00-da London birjası açıldıqdan sonra enerji bazarında ilkin reaksiya olaraq neft qiymətlərində artım ehtimalı yüksəkdir. Qızıl da riskdən qorunma aləti kimi bahalaşa bilər”.

News365.az bunu açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

O əlavə edib ki, Bakı vaxtı ilə 18:30-da Nyu-York birjası açıldıqdan sonra bu dalğalanma daha aydın görünəcək:

“Fond indekslərində və riskli səhmlərdə isə eniş mümkündür. Lakin bütün bunlar qısamüddətli olacaq. Hörmüz boğazı ətrafında risklər olsa da, uzunmüddətli bağlanma real deyil və qlobal neft ixracı tam dayanmayacaq. Çünki, İran bunu edərsə, ən böyük zərəri həm də Çinə vurmuş olar.

Əlqərəz, proses iqtisadi baxımdan idarəolunandır və hazırkı mərhələdə nə regional, nə də qlobal iqtisadiyyatda davamlı böhran olacağını düşünmürəm. Bu baş verənlərin köklü iqtisadi təsirləri isə hələ ən azı bir il sonra olacaq, amma fərqli iqtisadi istiqamətlərdə”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada