İran yığması 2026-cı ildə keçiriləcək futbol üzrə Dünya Kuboku turnirində "mütləq" iştirak edəcək.
News365.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino aprelin 15-də bəyanat verib.
ABŞ-nin "CNBC" telekanalına müsahibə verən qurum rəhbəri İranın turnirdə təmsil olunacağına əminliyini ifadə edib:
"İran mütləq gələcək. Ümid edirik ki, o vaxta qədər dünyada sülh bərqərar olacaq, bunun da prosesə mütləq köməyi dəyəcək".
Xatırladaq ki, 2026-cı il Dünya Kuboku ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçiriləcək.