İranın ali liderinin hərbi müşaviri Möhsün Rzai ABŞ və İran arasında gərginlik fonunda sərt açıqlama verib.
News365.az xəbər verir ki, o bildirib ki, İran Hörmüz boğazı ilə bağlı mövqeyindən geri çəkilməyəcək və dəniz blokadası ilə bağlı aparılan mümkün danışıqlarda irəli sürülən şərtlər qüvvədə qalır.
Rzai ABŞ-ın regiondakı siyasətini tənqid edərək, Vaşinqtonun Hörmüz boğazı üzərində nəzarət cəhdlərini qəbul etmədiklərini vurğulayıb. Onun sözlərinə görə, atəşkəsin uzadılması İranın maraqlarına uyğun deyil və regionda təzyiqin artırılması qaçılmazdır.
Müşavir həmçinin ABŞ hərbi dəniz qüvvələrinə dair sərt fikirlər səsləndirib və İranın müdafiə imkanlarının güclü olduğunu qeyd edib. O iddia edib ki, İranın hərbi potensialı regionda istənilən təhdidə cavab verməyə qadirdir.
Açıqlamada ABŞ hərbi gəmilərinin hədəf ola biləcəyi ilə bağlı sərt mesajlar da yer alıb.
News365.az