Diplomatiya var, amma müharibə ehtimalı da yüksəkdir

Diplomatiya var, amma müharibə ehtimalı da yüksəkdir
15:22

Yaxın Şərqdə artan gərginlik fonunda İranın mövqeyi və beynəlxalq güclərin prosesdə rolu diqqət mərkəzində qalır.

Bu barədə hərbi ekspert Ramil Məmmədli News365.az-a açıqlamasında danışıb.

Onun sözlərinə görə, İranın ABŞ və xüsusilə İsrailə qarşı sərt mövqeyi yalnız Şərq blokunun – Rusiya, Çin və Pakistan kimi ölkələrin dəstəyi ilə izah olunmur.

Ekspert bildirib ki, prosesdə Qərb ölkələrinin də öz maraqları mövcuddur. Xüsusilə Böyük Britaniya və Fransanın regionla bağlı ayrıca hərbi-siyasi xətt yürütməsi diqqət çəkir. Onun fikrincə, Böyük Britaniya İranın regionda tam zəifləməsində maraqlı deyil və bu faktor ümumi balansın qorunmasına təsir göstərir.

Ramil Məmmədli Pakistanın da prosesdə aktiv rol oynadığını qeyd edib. O bildirib ki, Pakistan rəsmilərinin İranın mesajlarını ABŞ tərəfinə çatdırması diplomatik təmasların davam etdiyini göstərir və bu, müəyyən mənada müsbət siqnaldır.

Bununla yanaşı, ekspert vurğulayıb ki, hərbi qarşıdurma ehtimalı hələ də yüksək olaraq qalır. Onun sözlərinə görə, ABŞ-ın regiona əlavə hərbi qüvvə cəmləməsi növbəti gərginliyin baş verə biləcəyinə işarədir.

Ekspert hesab edir ki, mövcud vəziyyət həm danışıqlar, həm də mümkün toqquşmalar ssenarisi ilə paralel şəkildə inkişaf edir.


Sizin reklam burada
Sizin reklam burada