“Coca-Cola” və qazlı içkilər barədə xəbərdarlıq: sağlamlığa ciddi təsirlər

“Coca-Cola” və qazlı içkilər barədə xəbərdarlıq: sağlamlığa ciddi təsirlər
14:41

Qazlı və şəkərli içkilərin, xüsusilə də “Coca-Cola” kimi məhsulların orqanizmə təsiri ilə bağlı beynəlxalq elmi araşdırmalar yenidən gündəmə gəlib. Xarici tibb mənbələrində yayımlanan materiallar bu içkilərin həm qısa, həm də uzunmüddətli sağlamlıq risklərini ön plana çıxarır.

News365.az-ın məlumatına görə, müxtəlif sağlamlıq portallarında dərc olunan araşdırmalarda bildirilir ki, belə içkilər sürətli enerji versə də, tərkibindəki yüksək şəkər miqdarı orqanizm üçün ciddi risk yaradır. Məsələn, bir bankada olan şəkərin gündəlik normanı aşdığı və bu səbəbdən qanda qlükoza səviyyəsinin kəskin yüksəldiyi qeyd olunur.

Mütəxəssislər bu prosesin zamanla artıq çəki, insulin balansının pozulması və şəkərli diabet kimi problemlərə yol aça biləcəyini bildirirlər.

Digər beynəlxalq tibbi mənbələrdə isə qazlı içkilərin qida dəyərinin çox aşağı olduğu vurğulanır. Onlar əsasən “boş kalori” mənbəyi kimi qiymətləndirilir və müntəzəm istifadənin ürək-damar sistemi, diş sağlamlığı və metabolizmə mənfi təsir göstərə biləcəyi qeyd olunur.

Eyni zamanda bəzi elmi araşdırmalarda “Coca-Cola”nın nadir tibbi hallarda – mədədə yaranan bəzi kütlələrin yumşaldılması məqsədilə həkim nəzarəti altında istifadə edildiyi də bildirilir. Lakin bu metodun yalnız xüsusi tibbi göstərişlə tətbiq oluna biləcəyi vurğulanır.

Ümumilikdə ekspertlər qazlı və şəkərli içkilərin gündəlik istifadəsinin minimuma endirilməsini tövsiyə edir. Onların fikrincə, sağlamlıq üçün daha faydalı seçimlər su, təbii içkilər və şəkərsiz alternativlərdir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada