Hikmət Baba oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilib.
News365.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla o mükafata Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, Milli Məclisin deputatı Hikmət Babaoğlunun aprelin 17-də 60 yaşı tamam olur.