Bu saytlarla bağlı gözlənilməz QƏRAR

Bu saytlarla bağlı gözlənilməz QƏRAR
13 İyl 2026 22:40

"Digital Classifieds" OÜ şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edib.

News365.az xəbər verir ki, kreditorlar tələblərini iki ay ərzində AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 75 ünvanına təqdim edə bilərlər.

Qeyd edək ki, "Digital Classifieds" Azərbaycanda istifadəçilərə avtomobil, daşınmaz əmlak, müxtəlif məhsulların alqı-satqısı, eləcə də iş elanları üzrə xidmət göstərən dörd onlayn platformanın hazırlanması, idarə olunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Azərbaycan internet bazarında fəaliyyət göstərən bu platformaların rəhbəri kimi Mixail Lomtadze əlaqələndirilir. 2021-ci il avqustun 16-da dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 75-dir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Kırvalıdzedir.

"Digital Classifieds" Qazaxıstanın aparıcı texnologiya şirkətlərindən olan "Kaspi.kz" qrupuna daxildir. Şirkət ölkənin ən çox ziyarət olunan elan platformalarından olan “Turbo.az”, “Tap.az”, “Boss.az” və “Bina.az”ın operatorudur.


Sizin reklam burada
Sizin reklam burada