Bu qurumun portalı ləğv edilir

Bu qurumun portalı ləğv edilir
14 Apr 2025 18:59

Mayın 1-dən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərini təqdim etdiyi Elektron Xidmətlər Portalı (e-emlak.gov.az) ləğv ediləcək.


News365.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.


Portalda təqdim edilən bütün xidmətlər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) inteqrasiya edilib.


Məqsəd elektron xidmətlərin vahid portal üzərindən istifadəsi və prosesin sadələşdirilməsidir.


Sizin reklam burada
Sizin reklam burada