Kursk vilayətinin işğalı zamanı Ukrayna Silahlı Qüvvələri Atom Elektrik Stansiyasını (AES) ələ keçirməyi planlaşdırırdı. Rusiya mediasının yaydığı məlumata görə, bu barədə Rusiya Federasiyasının keçmiş müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələri tərəfindən Zaporojye AES-ə və bununla bağlı kritik infrastruktura müntəzəm hücumlar davam edir.
"Bu əgər nüvə terroru aktları törətmək cəhdi deyilsə, başqa nədir?" – Rusiya Müdafiə Nazirliyinin keçmiş rəhbəri sual edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.