Elektrik
avtomomobilləri günümüzün reallığıdır. Və hər kəs belə bir avtomobilə sahib
olmaq istəyir. Çünki elektrik avtomobilləri həm qənaətcildir, həm də komfortlu.
Lakin son
vaxtlar bu avtomobillə bağlı müxtəlif fikirlər səsləndirir. Hətta belə iddialar
var ki, elektriklə işləyən avtoomobillərdəki akkumlyatorlar ətrafa radiasiya
ötürür. Ona görə də belə avtomobillərin sürücülərinin xərçəng xəstəliyinə
tutulma ehtimalı böyükdür.
Mövzu ilə bağlı News365.az- a danışan
onkoloq Asif Abbasov deyib ki, bu yeni bir məsələ deyil:
“Öncə qeyd edim ki,hər radiasiya (şüa) onkoloji təhlükə
yaratmır.Əsasən ionlaşdırıcı şüalar hüceyrələrin DNT-sini zədələyərək yeni şiş
hüceyrələrinin meydana çıxmasına səbəb olur.Bu şüalara isə əsasən
qamma,rentgen,radioktiv maddələr aid edilir. Elektromobillərdəki litium-ion
akkumlyatorların və elektrik mühərriklər isə ətrafa ionlaşdırıcı şüa
yaymadığından onkoloji təhlükə yaratmır.Obrazlı desəm,bu gün mobil
telefonlar,WI-FI routerləri,digər elektrik cihazları nə qədər təhlükəlidirsə,elektromobillər
də bir o qədər təhlükəlidir. Bu akkumlyatorların
xüsusi yerlərdə nəzarət altında utilizasiyası isə xərçəng riskindən çox,kimyəvi
təhlükə və ekologiya ilə əlaqədardır.
Son olaraq onu bildirim ki,bu gun müasir tibbdə elektromobillərin xərçəng
yaratması barədə hələ ki,heç bir araşdırma və data yoxdur”.
News365.az