İranın yeni ali liderinin adı AÇIQLANDI

İranın yeni ali liderinin adı AÇIQLANDI
09:02

İranın sabiq ali lideri Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei ölkənin yeni ali lideri seçilib.

News365.az "Tasnim" agentliyinə isitnadən xəbər verir ki, Ekspertlər Şurası yeni ali lideri martın 8-də səhər saatlarında seçib.

Şura üzvlərindən Məhəmməd Mehdi Mirbaqeri ekspertlərin namizəd üzərində razılığa gəldiyini daha əvvəl açıqlamışdı.

Bununla belə, Ekspertlər Şurasının katibliyi ABŞ və İsrailin zərbəsi nəticəsində həlak olan Əli Xameneinin varisinin adı barədə dərhal rəsmi açıqlama verməmişdi.

Qeyd edək ki, 56 yaşlı Müctəba Xamenei Ruhulla Xomeyni və ƏIi Xameneidən sonra İranın üçüncü ali lideri olub


Sizin reklam burada
Sizin reklam burada