"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan bu gün saat 9:00-dan 20:00-dək Azərbaycana 45 nəfər təxliyə edilib.
News365.az xəbər verir ki, 6 Azərbaycan, 8 Rusiya, 12 Çin, 3 Qazaxıstan vətəndaşı, habelə Sloveniyanın 2, Ruminiyanın 2 diplomatı, eyni zamanda İsveçrənin 1, Belçikanın - 2 diplomatı, Macarıstanın 9 diplomatı təhlükəsiz şəkildə Azərbaycana təxliyə olunublar.
Təxliyə prosesi müvafiq təhlükəsizlik və qeydiyyat prosedurlarına uyğun şəkildə həyata keçirilir.